No Image
No Image

FHN tənqidlərə CAVAB VERDİ

FHN tənqidlərə CAVAB VERDİ
Fövqəladə Hallar Nazirliyi Yasamalda baş verən yanğınla bağlı daha bir açıqlama yayıb.

Sfera.az xəbər verir ki, açıqlamada yanğın zamanı yanğınsöndürənlərin üzləşdiyi problemlər qabardılıb.

Bildirilib ki, bu gün nazirliyin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 41 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Belə ki, yanğın barədə qaynar xəttə saat 20:49-da daxil olan ilkin məlumat əsasında cəmi 6 dəqiqə sonra, yəni saat 20:55-də yanğınsöndürmə qüvvələri hadisə yerinə çatıb: 

"Yaşayış kompleksinin həyətinə girişdə, habelə həyətdə vətəndaşlar tərəfindən avtomobillərin nizamsız park edilməsi səbəbindən yanğınla mübarizə üçün xüsusi təyinatlı nəqliyyat vasitələrinin, o cümlədən avtonərdivanın yanğın yerinə yaxınlaşaraq tətbiq edilməsi mümkün olmayıb. Bu səbəbdən, yanğınsöndürənlər, təqribən 80 metr məsafədən su xətti açaraq yanğınla mübarizəni fərdi qaydada, bilavasitə mənzilin daxilində aparmalı olublar. 

Yanğınsöndürənlərin fərdi şücaəti və peşəkar fəaliyyəti sayəsində yanğın saat 21:30-da məhdudlaşdırılaraq saat 21:36-da tam söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 60 m² olan mənzilin yanar konstruksiyaları 30 m² sahədə yanıb. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub".

Qeyd edək ki, sosial şəbəkələrdə sözügedən yanğın zamanı FHN əməkdaşlarının binanın həyətinə girə bilməməsi tənqid olunmuşdu.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda koronavirusa yoluxanların sayı 400-ü ötdü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 412 yeni yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti...

Müdafiə Nazirliyi məlumat yaydı - Kəlbəcərdə atışma davam edir

Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində atışma hazırda da davam edir.  Bu barədə Sfera.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətind...

Vətən Müharibəsi qəhrəmanlarına bu güzəştlər ediləcək - SİYAHI

Nazirlər Kabineti "Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslərlə bağlı qəbul etdiyi qərarın izahını verib. Nazirlər Kabinetinin mətbuat xidmətindən Sfer...

Pensiya və təqaüdlər bu tarixdə TAM ÖDƏNƏCƏK

İyulun 17-də bütün müavinət, təqaüd və kompensasiyaların ödənilməsi nəzərdə tutulub. Bu barədə Sfera.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin t...

Nazirlər Kabineti sosial müəssisələrin standartlarını DƏYİŞDİ

Sosial müəssisələrin standartları dəyişib.   Sfera.az-ın məlumatına görə, Nazir Kabineti bununla bağlı "Sosial müəssisələrin və kvotadan əlavə iş yerl...

Hərbçilərə medalların təqdimatı niyə gecikdirilir? - Müdafiə Nazirliyi aydınlıq gətirdi

2020-ci ilin dekabr ayında və 2021-ci ilin iyun ayında elan olunmuş sərəncamlarla verilmiş medallar artıq hazırlanır və onların aidiyyəti üzrə təqdim olunması p...