No Image
No Image

Toyda qeydiyyatsız iştirak edən qonaqlar 400 manat CƏRİMƏLƏNƏCƏK

Toyda qeydiyyatsız iştirak edən qonaqlar 400 manat CƏRİMƏLƏNƏCƏK

İctimai iaşə obyektlərinin monitorinqləri ilə yanaşı, 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində koronavirus infeksiyasının idarə olunması ilə bağlı nəzarəti təmin etmək məqsədilə müntəzəm yoxlamalar aparılacaqdır. Monitorinq qrupları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndlərindən ibarət tərkibdə təşkil olunacaqdır.

Bu barədə Sfera.az-a Nazirlər Kabinetinin qərarında bildirilib.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Hüquqi şəxslər tərəfindən pozuntu halı təkrar baş verdiyi təqdirdə şənlik mərasimi keçirilən müəssisənin fəaliyyətinin dayandırılmasına dair qanunvericiliklə müəyyən edilmiş hallarda qərar qəbul edilə bilər.

Suallar olduğu təqdirdə 9108 nömrəli qaynar xəttə müraciət oluna bilər.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Qardaşa köməyə gedənlər Türkiyə mediasında - VİDEO

Xəbər verdiyimiz kimi, Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsinə Azərbaycandan göndərilən yanğınsöndürənlər də cəlb olunub. Sfera.az-ın məluma...

Azərbaycanın Türkiyəyə yardım üçün göndərdikləri - SİYAHI

Azərbaycan Prezidentinin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin əməkdaşları Türkiyəyə yola düşüb. Sfera.az xəbər ver...

Eldəniz Səlimov keçmiş icra başçısının kadrıdır? - QALMAQALDA YENİ ADLAR

"Foto gördüyünüz bu şəxs 82 yaşlı Şəmsəddin Xanbabayevdir. Uzun müddət Xaçmaz rayonunun icra başçısı işləyib. İki il əvvəl bu adamın bütün xidmətlərini nəzərə a...

YAP-dan polisi döyən deputatla bağlı AÇIQLAMA

Yeni Azərbaycan Partiyası (YAP) iyulun 29-da Xaçmaz rayonunda Milli Məclisin deputatı Eldəniz Səlimovun Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin p...

Milli Məclisin İntizam komissiyası polisi döyən deputatın məsələsini MÜZAKİRƏ EDƏCƏK

"Artıq Daxili İşlər Nazirliyi iyulun 29-da Xaçmaz rayonunda Milli Məclisin deputatı Eldəniz Səlimovun Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin pol...

Son bir həftə ərzində dörd uşağın küçəyə atılmasının səbəbi nədir? - VİDEO

Anası həbsdə olan körpə hal-hazırda Uşaqlar Birliyinin sığınacağındadır. Sığınacağın rəhbəri Kəmalə Ağazadənin sözlərinə görə, anası həbsxanaya düşərkən o...