No Image
No Image

Bakıda yaşayış binasındakı yanğın söndürüldü - VİDEO/YENİLƏNDİ

Bakıda yaşayış binasındakı yanğın söndürüldü - VİDEO/YENİLƏNDİ
 21:28
 
Bu dəqiqələrdə Bakıda yeni tikili binada mənzil yanır.

Sfera.az xəbər verir ki, hadisə Yeni Yasamal ərazisində baş verib. 

Hazırda həmin əraziyə yanğınsöndürmə briqadalarının cəlb olunması işi aparılır.
 
***

Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 41 ünvanında çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsindəki mənzildə yanğın olub.

Sfera.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

İlkin məlumata görə, həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində təqribən 80 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyyə olunub. Yanğınsöndürmə işləri davam etdirilir.
 
***
 
Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi ünvanında çoxmərtəbəli yaşayış binasındakı yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq saat 21:36-da söndürülüb.



Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Deputatın polisi döyməsi TƏSDİQLƏNDİ - Araşdırma başlanıldı

İyulun 29-da Xaçmaz rayonunda deputat Eldəniz Səlimovun polisi döyərək xəsarət yetirməsi faktı təsdiqlənib. DİN Mətbuat xidmətindən Sfera.az-ın ...

Yol polisi qəzada ağır yaralandı - VİDEO

Cəlilabad rayonunda ağır yol qəzası baş verib. Sfera.az xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alın...

Füzulidə iki nəfər minaya düşdü

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq işğaldan azad olunmuş ərazilərə qanunsuz yollarla ayrı-ayrı şəxslərin keçməyə cəhd göstərmələri hallarına hələ də ra...

Gədəbəydə seldə həyatını itirənin meyiti tapıldı - YENİLƏNDİ

Gədəbəy rayonunda bir nəfər seldə boğulub. Sfera.az xəbər verir ki, hadisə rayonun Moruqlu kəndində baş verib. Hələlik şəxsiyyəti dəqiqləşdirilən kə...

SOCAR-dan partlayışla bağlı AÇIQLAMA

SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, iş normal rejimdə davam edir. Sfera.az xəb...

Valideynləri “Bizimləsən” verilişində axtarırdı, meyiti dənizdən tapıldı

Sumqayıtda itkin kimi axtarışda olan şəxsin dənizdə boğulduğu müəyyən edilib. Sfera.az xəbər verir ki, bu gün axşam saatlarında Xəzər dənizinin Sumqayıt s...