No Image
No Image

HDQ komandanı Pakistanın döyüş gəmiləri ilə tanış oldu

HDQ komandanı Pakistanın döyüş gəmiləri ilə tanış oldu
Pakistan İslam Respublikasına səfəri çərçivəsində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra görüşlər keçirib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, hərbi nümayəndə heyətimiz əvvəlcə Pakistan dövlətinin qurucusu Məhəmməd Əli Cinnahın Kəraçi şəhərindəki mavzoleyini ziyarət edərək məzarı üzərinə əklil qoyub.

Sonra Azərbaycan nümayəndə heyəti Hərbi Dəniz Qüvvələri Donanmasını ziyarət edib. Kontr-admiral S.Bəkirovun Pakistan HDQ Donanmasının komandiri kontr-admiral Ovais Ahmad Bilqrami ilə görüşü zamanı Azərbaycan və Pakistan HDQ-nin əməkdaşlığı çərçivəsində döyüş gəmiləri arasında təcrübə mübadiləsinin aparılması, hərbi dənizçilərin qarşılıqlı səfərlərin təşkili və digər məsələlər müzakirə olunub.

Nümayəndə heyətimiz Pakistan HDQ Kəraçi Komandanlığının komandanı kontr-admiral Navid Aşraf ilə də görüşüb. Tərəflər hərbi dəniz infrastrukturunun inkişaf etdirilməsi, dəniz limanlarının mühafizəsinin təşkili və digər məsələləri nəzərdən keçiriblər.

Azərbaycan hərbi nümayəndə heyəti Kəraçi Gəmiqayırma və Mühəndislik İşləri Zavodunu da ziyarət edib. Müəssisə rəhbərliyi ilə keçirilən görüşlərdə zavodun istehsal gücü, müxtəlif növ və təyinatlı gəmilərin taktiki-texniki xüsusiyyətləri, onların döyüş tətbiqi, eləcə də silahlanmasında olan döyüş vasitələri barədə ətraflı brifinq təqdim edilib.

Sonra tərəflər gəmiqayırma və gəmilərin texniki xidməti üzrə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində müzakirələr aparıb.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Paşinyanın ilk bir ili bu işlərin görülməsinə sərf olunacaq” – Politoloq

Bu gün Ermənistanda 8-ci çağırış Milli Məclisin ilk iclası keçirilib. "Vətəndaş Müqaviləsi” partiyası tərəfindən namizədliyi irəli sürülmüş Nikol Paşinyan yen...

“Azərbaycan istədiyi an gücünü göstərəcək...” - Politoloq

"Azərbaycanın səbr kasasını doldurmaq və bizi sərhədi keçərək, Ermənistan ərazisinə daxil olmağa təhrik edirlər. Belədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təş...

Eldəniz Səlimov bugünkü iclasda nə danışıb?

 Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin İntizam komissiyasının iclası keçirilib. İclasda Baş prokuror Kamran Əliyevin "Azərbaycan Respublikası Milli ...

"Hansısa şizofrenin Azərbaycan barədə proqnoz verməsinin heç bir əhəmiyyəti yoxdur” - Deputatlardan Jirinovskiyə sərt SÖZLƏR

Rusiya Liberal-Demokrat Partiyasının sədri, Rusiya Dövlət Dumasının deputatı Vladimir Jirinovskinin Azərbaycanla bağlı son çıxışı cəmiyyət tərəfindən birmənalı ...

Prezident sərəncam imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağstafa rayonunun Böyük Kəsik–Ağgöl avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalay...

"Hechos Ecuador" televiziya proqramı Azərbaycanı dəstəklədi - VİDEO

Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin rəhbəri Mahir Qurbanov, Ekvadorun "Hechos Ecuador" televiziya proqramına müsahibə verib.   Sfera.az xəbər ver...