No Image
No Image

İlham Əliyev BMT-nin Baş katibinə məktub göndərib

İlham Əliyev BMT-nin Baş katibinə məktub göndərib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Baş katibi Zati-aliləri cənab Antonio Quterreşə təbrik məktubu göndərib.

Sfera.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Baş katib,

Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq Azərbaycan Respublikası üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan həm BMT-nin üzvü, həm də Qoşulmama Hərəkatının hazırkı sədri qismində təşkilatın qlobal çağırışlara qarşı mübarizəsini, dünya ictimaiyyətini narahat edən məsələlərdə fəal mövqeyini dəstəkləyir və bu işə öz töhfəsini verməyə davam edəcəkdir.

Əminəm ki, Sizin qarşıdakı fəaliyyətiniz bundan sonra da dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanmasında, beynəlxalq əməkdaşlığın təşviqində BMT-nin mühüm alət olaraq rolunun güclənməsinə xidmət edəcəkdir.

Bir daha Sizə səmimi təbriklərimi və xoş arzularımı yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, məsul işinizdə müvəffəqiyyətlər diləyirəm".

 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Hechos Ecuador" televiziya proqramı Azərbaycanı dəstəklədi - VİDEO

Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin rəhbəri Mahir Qurbanov, Ekvadorun "Hechos Ecuador" televiziya proqramına müsahibə verib.   Sfera.az xəbər ver...

"Yalan məlumatların Avropa Parlamentinin üzvləri tərəfindən həqiqət kimi təqdim olunması təəssüf doğurur"

Erməni diasporunun səyləri ilə yalan məlumatların AP üzvləri tərəfindən həqiqət kimi təqdim olunması təəssüf doğurur. Sfera.az xəbər verir ki, bu fikirlər...

Jirinovskini təxribatçı açıqlama verməyə nə vadar etdi? - "Kreml Qarabağdakı gələcək planlarımızdan narahatdır"

"Rusiya Liberal Demokrat Partiyasının lideri, şovinist deputat Vladimir Jirinovski Rusiya radiosuna verdiyi müsahibədə Azərbaycanı və Prezident İlham Əliyevi hə...

Milli Məclis Eldəniz Səlimovla bağlı RƏYİNİ AÇIQLADI

Milli Məclisin İntizam Komissiyasının iclasında Baş prokuror Kamran Əliyevin "Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxu...

Müdafiə naziri qoşunların yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi barədə tapşırıq verdi

Bu gün Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə müdafiə naziri general-polkovnik Zakir Həsənov döyüş planlarının dəqiqləşdirilməsi, intensiv tə...

Yeni güc mərkəzi – Gürcüstanı Azərbaycan və Türkiyəyə yaxınlaşdıran məqam

"Üç ölkə arasında təhlükəsizlik istiqamətində strateji sənəd imzalana bilər”. Bu sözləri Sfera.az-a açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğ...