No Image
No Image

Rəşad Atakişiyevin ailəsinə pensiya təyin edildi - RƏSMİ

Rəşad Atakişiyevin ailəsinə pensiya təyin edildi - RƏSMİ
Şəhid pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşına ailə başçısını itirməyə görə pensiya təyin edilib.

Sfera.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili məlumat verib.

Pensiya təyinatı pilotun iki övladına görə həyata keçirilib.

Qeyd edək ki, polkovnik-leytenant 2019-cu ilin iyulun 24-də Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsi gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya düşüb. Hadisə nəticəsində R.Atakişiyev həlak olub. Nəşi isə avqustun 20-də tapılaraq dənizdən çıxarılıb.

R.Atakişiyev Prezident İlham Əliyevin göstərişinə əsasən, Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən göstərdiyi xidmətlərə görə ölümündən sonra "Şücaətə görə” medalı ilə təltif edilib.

Mayın 7-də R.Atakişiyevə şəhid status verilib.

Pilotun iki oğul övladı yadigar qalıb.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Yetmiş qaziyə son nəsil protezlər verilib

Vətən müharibəsində yaralanmış qazilərimizdən daha bir qrupu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən yüksək texnologiyalı protezlərlə təm...

Kürdəmirdə 78 yaşlı kişi itkin düşdü

Kürdəmir rayonunda 78 yaşlı kişi itkin düşüb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sfera.az-a verilən məlumata görə, Kürdəmir rayon sakini, 78 ya...

Dünya Bankı: Qarabağdakı bərpa işləri yeni strategiyaya daxil ediləcək

Dünya Bakının (DB) Azərbaycan hökuməti ilə yeni çərçivə tərəfdaşlıq proqramı (CPF) 2022-ci ilin ortalarında hazır olacaq. Sfera.az xəbər verir ki, bu barədə Dü...

Nazirlik əhaliyə müraciət etdi

"Tam səmimi deyirəm, yanğın məsələsindən o qədər narahatıq və bu mövzuya o qədər həssasıq ki, hardasa yanğın baş verdikdə bu xəbəri ürək ağrısı ilə qəbul edirik...

Toylarda COVID-19 pasportu tələb olunacaq - Qonaq sayı...

50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb olunmur. Sfera.az xəbər ve...

Toy keçirmək istəyənlər üçün portal iyunun 26-dan aktiv ediləcək

İyulun 1-dən Azərbaycanda şənlik mərasimi (toy, nişan, ad günləri və s.) keçirilən məkanın və ya müəssisənin sahibi tərəfindən həmin obyekt daxilində fəaliyyət ...