No Image
No Image

Toy mərasimlərinin keçirilməsinə bu qurumlar nəzarət edəcək

Toy mərasimlərinin keçirilməsinə bu qurumlar nəzarət edəcək
İctimai iaşə obyektlərinin monitorinqləri ilə yanaşı, 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində koronavirus infeksiyasının idarə olunması ilə bağlı nəzarəti təmin etmək məqsədilə müntəzəm yoxlamalar aparılacaqdır. Monitorinq qrupları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndlərindən ibarət tərkibdə təşkil olunacaqdır.

Bu barədə Sfera.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Hüquqi şəxslər tərəfindən pozuntu halı təkrar baş verdiyi təqdirdə şənlik mərasimi keçirilən müəssisənin fəaliyyətinin dayandırılmasına dair qanunvericiliklə müəyyən edilmiş hallarda qərar qəbul edilə bilər.

Suallar olduğu təqdirdə 9108 nömrəli qaynar xəttə müraciət oluna bilər.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Qarabağ Dirçəliş Fondu vətəndaşları Qarabağın bərpası üçün ianə etməyə çağırdı

Qarabağ Dirçəliş Fondu Qarabağın ekologiyasının bərpası prosesini dəstəkləmək üçün vətəndaşları Qarabağ Dirçəliş Fonduna ianə etməyə çağırıb. Sfera.az-ın ...

Ermənistanın itkin düşən hərbçisinin meyiti tapıldı

Azərbaycanın Rusiya sülhməramlılarının nəzarəti altında olan hissəsindəki Ermənistan ordusunun hərbçisi Parqev Markaryanın üstündəki qumbara ilə özünü partlad...

Gürcüstanın DİN rəhbəri: “Azərbaycanlı bloqeri kiminsə öldürməsi istisna edilir”

"Azərbaycanlı bloqerin ölümü ilə bağlı istintaq aparırıq. Kiminsə onu yerə ataraq öldürməsi faktı istisna edilir”. Sfera.az xəbər verir ki, bunu Gürcüstan...

Azərbaycanlılara işgəncə verən ermənilərə 20 illik həbs

Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyo...

20 ölkədən Azərbaycana uçuşlara icazə verildi - SİYAHI

"Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda dəyişiklik edilib.  ...

Sabah Bakıda 38 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında avqustun 3-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlum...