No Image
No Image

Uşaqlara da korona vaksini vurulacaq? - ÜST açıqladı

Uşaqlara da korona vaksini vurulacaq? - ÜST açıqladı
""Moderna”, ”Novavax”, ”Sinovac” və ”J&J” peyvənd istehsalçıları bu yaxınlarda uşaqlar üzərində peyvəndlərin sınağına başlayıb".

Sfera.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyindən məlumat verilib.

Qeyd olunub ki, ÜST uşaqlarda peyvəndlərin təhlükəsizliyini və effektivliyini qiymətləndirmək üçün kifayət qədər sübut olduqda tövsiyələrini yeniləyəcək:
"İndiyə qədər ÜST-ün fövqəladə hallarda istifadə siyahısına daxil olan heç bir COVID-19 peyvəndi uşaqların istifadəsi üçün təsdiqlənməyib. Təsdiq olunarsa, yanaşı xəstəliklər nəzərə alınmaqla, uşaqların peyvənd olunması üçün aydın bir yol xəritəsi veriləcək. Hazırda yanaşı xəstəlikləri olmayan uşaqların peyvənd olunmasından öncə, peyvəndlərin dünyada ədalətli şəkildə paylanmasına diqqət yetirilməlidir", deyə ÜST-dən bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl Çində 3-17 yaşlı uşaqların peyvənd olunmasında "Sinovac Biotech” şirkətinin "CoronaVac” vaksinin istifadəsinə icazə verilib. Şirkətdən bildirilib ki, "CoronaVac” peyvəndinin 3-17 yaş qrupunda kliniki sınaqların araşdırmaları həmin yaş qrupu üzrə təhlükəsizliyinin böyüklərdəki kimi olduğunu göstərib. Belə ki, "CoronaVac” peyvəndi vurulan yetkinlik yaşına çatmayanların bədənində böyüklərdə olduğu qədər anticisim yaranıb./Medicina.az/
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 844 vaksin vurulub. Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operati...

Koronavirusa yoluxma sayı açıqlandı, 3 nəfər vəfat etdi

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 431 yeni yoluxma faktı qeydə alınıb, 139 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Opera...

Vaksin vurdura bilməyənlərə “Əks göstəriş sertifikat”ı veriləcək - BU TARİXDƏN

Avqust ayının 9-dan etibarən Azərbaycanda istifadəsinə icazə verilən vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə "Əks göstəriş sertifikat”ının verilməsinə b...

Gözlərdə qızartı, yanma hissi bu xəstəliklərin ƏLAMƏTİ OLA BİLƏR

Çoxlarına adi bir hal kimim görünsə də, əslində gözlərin içinin qızarması ciddiyə alınmalı bir problemdir. Çünki bu, hansısa ciddi bir xəstəliyin əlaməti də ola...

Küçədə və ayaq üstü qidalanma - Xərçəng yaradır

Ayaq üstə və qidanın sürətlə qəbul olunması orqanizmdə bir sıra ağırlaşmalara yol açan metabolik sindromun inkişafına gətirib çıxarır. Sfera.az xəbər veri...

Koronavirusdan sağalanlar necə qidalanmalıdır? - Mütəxəssislərin cavabı

Rasion, koronavirusa qalib gələn insanlar üçün çox böyük əhəmiyyət kəsb edir. COVID-19-dan sonra sağalan xəstələr üçün, koronavirusu nə dərəcədə ağır keçirdiklə...