No Image
No Image

XİN rəhbəri Britaniyaya təşəkkür etdi

XİN rəhbəri Britaniyaya təşəkkür etdi
Xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Ceyms Şarpı qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən Sfera.az-a verilən məlumata görə, nazir qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, xüsusilə sərhəd məntəqəsində baş verən son gərginliklər, üçtərəfli bəyanatların icrası ilə əlaqədar Azərbaycan tərəfindən atılan addımlar, azad edilmiş ərazilərdə mina təhlükəsi və doğurduğu fəsadlar barədə məlumat verib. Nazir Böyük Britaniyanın Azərbaycanın azad edilmiş ərazilərin minadan təmizlənməsi sahəsində fəaliyyətinə verdiyi dəstəyə görə təşəkkür ifadə edib.

Tərəflər pandemiya ilə bağlı məsələlər, o cümlədən ölkədə sərt karantin rejiminin yumşaldılması istiqamətində görülən tədbirlər, xarici ölkə vətəndaşlarının səfərləri və s. ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev BMT-nin Baş katibinə məktub göndərib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Baş katibi Zati-aliləri cənab Antonio Quterreşə təbrik məktubu göndərib. ...

“Caliber”: Qabrelyanov Rusiya rəhbərliyini türkləşdirdi – VİDEO

"Paşinyan və onun ətrafı mənim üçün türk satqınları olaraq qalır. İstənilən bəhanə ilə onlarla ünsiyyət quranlar da mənim üçün türk olaraq qalacaqlar”. "C...

Ərdoğan Azərbaycanla imzalanacaq yeni müqavilələrin ANONSUNU VERDİ

Bir qartal yuvası kimi yalçın qayaların üzərində qurulmuş Şuşada azərbaycanlı qardaşlarımızın azadlıq sevincinə biz də ortaq olduq. Tarixi bölgədəki icra hakimi...

XİN rəhbəri BMT-nin ali nümayəndəsi ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və BMT-nin Sivilizasıyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos arasında görüş baş tutub. XİN...

Sarkisyan: "Prezident idarəçiliyini geri qaytarmalıyıq"

"Ermənistan yenidən prezident respublikası və hamı üçün daha proqnozlaşdırılan ölkə olmaq üçün konstitusiyasını dəyişdirməlidir". Sfera.az xəbər verir ki,...

Əli Əsədov və Muxtar Tleuberdi görüşdü

Baş nazir Əli Əsədov bu gün Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi ilə görüşüb. Sfera.az xəbər verir ki, bu barədə Nazir...